Memmed Musayev: "Kiçik ve orta biznesin kredit qarantiyasına daha çox ehtiyacı var."
Tarih: 11 Mart 2020

Türkiyenin Kiçik ve Orta Müessiselerin İnkişafı Teşkilatının (KOSGEB) nümayendeleri Azerbaycana resmi seferleri çerçivesinde Sahibkarlar (İşegötürenler) Teşkilatları Milli Konfederasiyasının prezidenti Memmed Musayev ile görüş keçiribler.

 Fins.az xeber verir ki, bu barede Sahibkarlar (İşegötürenler) Teşkilatları Milli Konfederasiyası melumat yayımlayıb 

 Melumatda bildilir ki, KOSGEB sedri Cevahir Uzkurt bildirib ki, Azerbaycan ve Türkiye prezidentleri ticaret dövriyyesini 15 milyard dollara çatdırmaq barede  hedef qoyublar ve biz emekdaşlığı genişlendirerek buna nail olmalıyıq.

“Biz bir plan hazırlamışıq ve her iki ölkenin kiçik orta biznesi birleşerek buradan Asiya bazarlarına açılmağı düşünür. Türkiyede 3.6 milyon kiçik ve orta sahibkar var. Öten il büdcemiz 2.3 milyard TL idi. Biz banklara deyirik ki, faizin bir hissesini biz qarşılayırıq. Yeni, bank kredit ayırır ve onun faizinin bir hissesini ödemeyi KOSGEB öz üzerine götürür. Kredit qarantiyası Fondu da kredit teminatı verir ve onun maliyyeleşdirilmesi Maliyye Nazirliyi heyata keçirir”, – deye C.Uzkurt qeyd edib.

ASK prezidenti Memmed Musayev qarşıya qoyulan hedeflerin icrasında, birge emekdaşlığa hazır olduğunu qeyd edib. Memmed Musayev bildirib ki, Azerbaycanda da “İpoteka ve Kredit Zemanet Fondu” fealiyyet gösterir.

“Bizde kredit qarantiyası daha çox iri sahibkarlara verilir, onların buna ehtiyacı ise çox deyil. Esas kiçik ve orta biznes subyektlerinin kredit qarantiyasına daha çox ehtiyacı var”, – deye ASK prezidenti qeyd edib.